“Lester” “Çelsi”yə qiymət “oxudu”
27.07.2022 - 17:51
“Lester” Uesli Fofananı satmağa razılıq verib.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu müdafiəçi üçün tələb etdiyi məbləği də müəyyənləşdirib.
“Tülkülər” Fofana üçün 70 milyon avro tələb edir. Müdafiəçi “Çelsi”nin maraq dairəsindədir. London klubu Jül Kundenin “Sevilya”dan keçidinin həllində çətinliklə üzləşdiyindən Ueslinin keçidinə köklənib.
Qeyd edək ki, Fofana ötən mövsümün 11 matçında 1 qol vurub.
0
0