Albaniya və Danimarka AVRO-2024-də
18.11.2023 - 10:09
Albaniya və Danimarka AVRO-2024-də

AVRO-2024-ün seçmə mərhələsi davam edir.

Apasport.az xəbər verir ki, IX turun ikinci günündə 7 matç baş tutub.

Üç qrupda keçirilən bu görüşlərdən sonra daha iki komanda final mərhələsinə vəsiqə qazanıb. Bunlar Albaniya və Danimarka milliləridir.

Qeyd edək ki, bunadək Fransa, Türkiyə, İspaniya, Şotlandiya, Belçika, Avstriya, Portuqaliya, İngiltərə, Macarıstan və Slovakiya final mərhələsinə vəsiqə qazanıb. Almaniyadakı turnir 2024-cü il iyunun 14-dən iyulun 14-dək keçiriləcək.


AVRO-2024-ün seçmə mərhələsi
IX tur, 17 noyabr

C qrupu
İngiltərə - Malta 2:0
İtaliya – Şimali Makedoniya 5:2
Xal durumu: İngiltərə - 19, İtaliya – 13, Ukrayna – 13, Şimali Makedoniya – 7, Malta - 0

E qrupu
Moldova – Albaniya 1:1
Polşa – Çexiya 1:1
Xal durumu: Albaniya – 14, Çexiya – 12, Polşa – 11, Moldova – 10, Farer adaları – 1

H qrupu
Qazaxıstan - San Marino 3:1
Finlandiya - Şimali İrlandiya 4:0
Danimarka – Sloveniya 2:1
Xal durumu: Danimarka – 22, Sloveniya – 19, Qazaxıstan – 18, Finlandiya – 15, Şimali İrlandiya – 6, San Marino - 0

writer photo
Əlirza Əlirzalı
0