AFFA-nın həm əsas milli komandasına, həm də aşağı yaş qruplarından ibarət yığma komandalarına legioner məşqçilər dəvət edilə bilər.
Apasport.az saytına verilən məlumata görə, U-21 yığmasından aşağı yaş qruplarına qədər bütün yığmaların xorvatiyalı mütəxəssislərə tapşırılacağı gözlənilir.
Onların yığmadakı yerli məşqçiləri əvəzləyəcəyi ehtimal edilir. Hazırda bununla bağlı müzakirələr gedir və danışıqlar müsbət yekunlaşarsa, xorvatiyalı mütəxəssislərlə anlaşılacaq.
Əlavə edək ki, hazırda U-21 yığmasına Samir Əliyev, U-19 yığmasına Aqil Nəbiyev, U-18 yığmasına Elxan Abdullayev, U-17 yığmasına Füzuli Məmmədov, U-16 yığmasına İlham Yadullayev rəhbərlik edir.