"Real"ın Kroos qərarı
31.01.2024 - 00:56
"Real"ın Kroos qərarı

Maqdrid “Real”ı Toni Kroosa yeni müqavilə təklif etməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, “kral klubu” almaniyalı futbolçunun Madriddə qalmasını istəyir.

34 yaşlı Kroosun oyunundan razı qalan klub rəhbərliyi mövsümün sonunda bitəcək razılaşmanı ən az bir illik daha artırmağı planlaşdırır. Danışıqlara start verən “qalaktikos” rəhbərliyi ən qısa zamanda yeni sövdələşməyə nail olacaqlarına inanırlar.

Qeyd edəkj ki, yarımmüdafiəçi bu mövsüm "Real"ın heyətində 29 oyun keçirib, 1 qol vurub və 7 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0