2025-ci ilə kimi "Nyukasl"da qalacaq
15.02.2024 - 09:28
2025-ci ilə kimi "Nyukasl"da qalacaq

“Nyukasl” daha bir futbolçusu ilə müqaviləni yeniləyib.

Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Emil Kraftla razılaşmanın müddətini artırıb.

29 yaşlı müdafiəçi 2025-ci ilin yayına kimi “sağsağanlar”ın şərəfini qoruyacaq. İsveç millisinin üzvü 2019-cu ildən “Nyukasl”da çıxış edir.

Qeyd edək ki, bu mövsüm 10 matçda forma geyinən arxa xətt oyunçusu fərqlənə bilməyib. 

writer photo
Əlirza Əlirzalı
0