“Neftçi”nin hücumçusu Belarus millisinə çağırıldı
06.09.2022 - 15:18
“Neftçi”nin hücumçusu Belarus millisinə çağırıldı

“Neftçi”nin hücumçusu Yeqor Boqomolski Belarus milli komandasına dəvət olunub. 

Apasport.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. 

Bildirilib ki, 22 yaşlı futbolçu UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 22-də Qazaxıstan, 25-də Slovakiya ilə matçlara çağırılıb.

Qeyd edək ki, Boqomolski Belarus milli komandasının heyətində 2 oyun keçirib.
 

writer photo
Əlirza Əlirzalı
0