“Milan”ın başı dərddə - təhqiqat başladı
27.01.2023 - 10:39
İtaliyanın maliyyə polisi “Milan” klubunun satışı ilə bağlı araşdırmalara başlayıb.
Apasport.az saytı xəbər verir ki, təhqiqatçılar “rossonyerlər”in ötən il ABŞ-nın “RedBird Capital Partners” şirkətinə 1,2 milyard avroya satılmasını yoxlayırlar.
Satış zamanı maliyyə fırıldağından şübhələnən polis şirkətin Milandakı ofisində axtarış apararaq artıq bəzi sənədləri özü ilə götürüb. Tədqiqat “Milan”ın keçmiş sahiblərindən olan “Blue Sky” şirkətinin şikayəti əsasında həyata keçirilir.
Qeyd edək ki, maliyyə polisinin hadisə ilə bağlı hələlik heç kimi saxlamadığı bildirilir.
0
0