Haland Ronaldodan öndə
03.10.2023 - 11:49
Haland Ronaldodan öndə

İFFHS 2023-cü ilin ən məhsuldar futbolçularının siyahısını açıqlayıb.

Apasport.az saytı xəbər verir ki, milli komanda və klub səviyyəli turnirlərdə vurulan qolların sayında Erlinq Haland hamıdan öndə qərarlaşıb.

Norveç yığması və “Mançester Siti”nin hücumçusu arxada qalan 9 ayda 37 qola imza atıb. İl ərzində “Paksi” və “Ferensvaroş”da oynayan Macarıstan millisinin üzvü Barnabas Varqa Halanddan bir qol geri qalır.

İlk üçlükdə Portuqaliya millisi və “Əl-Nəsr”in forvardı Kriştiano Ronaldo da yer alır. Onun aktivində 35 qol var.

Qeyd edək ki, İFFHS-in cədvəlində ən azı 22 qol vuran 57 futbolçu yer alıb.

writer photo
Əlirza Əlirzalı
0