"Zirə"dən transfer hərəkatı: Paxtman göndərilə bilər
14.12.2023 - 15:54
"Zirə"dən transfer hərəkatı: Paxtman göndərilə bilər

"Zirə" hücumçu axtarışına başlayıb.

Apasport.az saytına verilən məlumata görə, qəsəbə təmsilçisi qış “transfer pəncərəsi” zamanı heyətinə təcrübəli forvard qatmağı planlaşdırır.

Bununla bağlı artıq klub hərəkətə keçib. “Zirə” istədiyi forvardı Bakıya dəvət edəcək. Hazırda Premyer Liqada ikinci pillədə qərarlaşan klub bir neçə forvardı gözdən keçirir. Gələcək hücumçu ilə öncə altı aylıq müqavilə imzalanacaq, özünü göstərəcəyi təqdirdə, müqavilə müddəti artırılacaq.

Yeni hücumçunun gələcəyi təqdirdə də, qışda Paxtmanın göndərilməsi gündəmə gələcək.

writer photo
Əlirza Əlirzalı
0