“Mançester Yunayted”in müdafiəçisinə müştəri
10.08.2023 - 12:21
“Mançester Yunayted”in müdafiəçisinə müştəri

“Mançester Yunayted”in futbolçusu Alvaro Fernandes komandasını dəyişməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, müdafiəçiyə digər İngiltərə klubu elçi düşüb.

20 yaşlı ispaniyalı “Bernli”nin maraq dairəsindədir. Klub rəhbərliyi onu icarəyə götürməyi planlaşdırır.

Fernandes ötən mövsümdə də icarədə olub. O, “Preston”un uğurları üçün çalışıb.

Qeyd edək ki, Alvaro 2022/23 mövsümünün 42 matçında 6 asssitə imza atıb.
 

writer photo
Əlirza Əlirzalı
0