Superliqa komandasının prezidenti qəza törətdi - Ölən var
25.03.2024 - 09:19
Superliqa komandasının prezidenti qəza törətdi - Ölən var

Superliqa təmsilçisi olan "Kayserispor" prezidenti Əli Çamlının idarə etdiyi cip velosipedçi ilə toqquşub. 

Apasport.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, velesiped sürücüsü İbrahim M. (60) həyatını itirib. 

"Kayserispor" prezidenti Əli Çamlının idarə etdiyi "38AKA095" nömrəli cip İbrahim M.-in idarə etdiyi elektriklə hərəkət edən velosipedə çırpılıb.

Qəzada elektrikli velosiped sürücüsü İbrahim M. yaralanıb. Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib. Əli Çamlı polisə aparılıb. Hadisə ilə bağlı istintaq davam edir.

Suriya əsilli İbrahim M. (60) Kayseri Şəhər Xəstəxanasında edilən bütün müdaxilələrə baxmayaraq həyatını itirib. 

writer photo
Əlirza Əlirzalı
0