Millidə ciddi itki
28.12.2023 - 15:18
Millidə ciddi itki

Seneqal millisi ciddi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, “Salernitana”nın hücumçusu Bulaye Dia Afrika kubokunu buraxacaq.

Forvard zədə üzündən yarışda iştirak edə bilməyəcək. 27 yaşlı futbolçu əzələ probleminə görə 4-5 həftə kənarda qalacaq.

Qeyd edək ki, Afrika kuboku yanvarın 13-dən fevralın 11-dək keçiriləcək. Seneqal millisi Kamerun, Qvineya və Qambiya ilə eyni qrupda mübarizə aparacaq.

writer photo
Əlirza Əlirzalı
0