Liderlik yarışında “Abşeron” “Azərreyl”ə qarşı
25.01.2024 - 10:58
Liderlik yarışında “Abşeron” “Azərreyl”ə qarşı

Yüksək Liqada X turun son günündə bir matç baş tutacaq.

Apasport.az xəbər verir ki, bu oyunla qadın voleybolçular arasında Azərbaycan çempionatında 2-ci dövrə başa çatacaq. 

Liderlik uğrunda mübarizə aparan “Abşeron” “Azərreyl”lə qarşılaşacaq.

"Azərreyl" liderliyi qoruyub saxlamaq üçün qalib gəlməlidir. “Abşeron” isə liderə çatmaq üçün 3 xal qazanmalıdır. 

Yüksək Liqa
X tur
25 yanvar
18:00. “Abşeron” - “Azərreyl”

writer photo
Əlirza Əlirzalı
0