Qrizmanndan yeni rekord
27.10.2022 - 10:40
“Atletiko”nun hücumçusu Antuan Qrizmann Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin V turunda “Bayer”lə oyunda (2:2) məhsuldar ötürmə ilə yadda qalıb.
Apasport.az saytının məlumatına görə, 31 yaşlı forvard avrokuboklarda Madrid klubunun rekordçusu olub.
O, ən azı 10 qol vuran və 10 məhsuldar ötürmə verən ilk oyunçudur. Fransa millisinin üzvü qitənin ən nüfuzlu turnirində “Atletiko”nun heyətində 26 qol, 10 assistə imza atıb.
Qeyd edək ki, sona bir tur qalmış 5 xalla üçüncü pillədə qərarlaşan “Atletiko” ÇL-in 1/8 final mərhələsinə vəsiqə şansını itirib.
0
0