"Bayer"in futbolçusu: "Bu qələbə bizim üçün çox dəyərlidir"
15.03.2024 - 13:22
"Bayer"in futbolçusu: "Bu qələbə bizim üçün çox dəyərlidir"

“Bu, qeyri-adi bir qələbədir, bizim üçün çox dəyərlidir".

Apasport.az xəbər verir ki, bunu "Bayer Leverkuzen"in yarımmüdafiəçisi Qranit Caka Avropa Liqasının 1/8 finalında təmsilçimiz "Qarabağ"ı məğlub etdikləri oyunu dəyərləndirərkən deyib.

"Komanda sona kimi özünə inandı. Turnirdə iştirakımız davam edir. Püşkatmaya kimin düşməsindən asılı olmayaraq, 1/4 final mərhələsini keçmək istəyirik”, - deyə o bildirib. 

Qeyd edək ki, cavab görüşündə 3:2 hesabı ilə qalib gələn almanlar turnirin 1/4 finalına vəsiqə qazanıb.


 

writer photo
Əlirza Əlirzalı
0