Millimizin oyunçusu Superliqa klubunda
18.05.2022 - 16:49
Millimizin oyunçusu Superliqa klubunda

Azərbaycan millisinin voleybolçusu Olena Xarçenkonun yeni klubu bəlli olub.

Apasport.az saytının məlumatına görə, təcrübəli blokçu karyerasını Türkiyə Superliqasında davam etdirəcək.

Ötən mövsüm bu ölkədə “Bolu Bələdiyyəspor”un şərəfini qoruyan Olena “Çukurova Bələdiyyəspor”la anlaşıb. 25 yaşlı oyunçunun müqaviləsi bir mövsüm üçün nəzərdə tutulub.

Qeyd edək ki, Xarçenkonun yeni komandası ötən mövsüm 1-ci liqanın final mərhələsində ikinci yeri tutaraq Superliqaya yüksəlib.

writer photo
Əlirza Əlirzalı
0