Azərbaycan millisinin sabiq voleybolçusu Polina Rəhimova Vyetnam çempionu tituluna yiyələnib.
Apasport.az saytının məlumatına görə, 32 yaşlı hücumçu bu uğura
“Geleximco Thai Binh” klubunun heyətində imza atıb.
O, qısamüddətli müqavilə imzaladığı Asiya təmsilçisi ilə Vyetnam çempionatının qızıl medalına yiyələnib. “Geleximco Thai Binh” 15 ildən sonra ikinci dəfə çempion tituluna sahib olub. Polina həmçinin yarışın ən yaxşı hücumçusu nominasiyasında da hamını qabaqlayıb.
Qeyd edək ki, ötən mövsüm İtaliyanın “Kasalmaggiore” klubunda oynayan Polina 2022/23 mövsümü üçün Türkiyə təmsilçisi “Kuzeyboru” ilə müqavilə bağlayıb. Aparıcı liqalarda yay fasiləsi olduğu dövrdə Vyetnamda oynayan hücumçu yeni mövsümə “Kuzeyboru”da başlayacaq.