“Hakken” - “Qarabağ”: KİM ŞANSLIDIR?
05.10.2023 - 10:47
“Hakken” - “Qarabağ”: KİM ŞANSLIDIR?

Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçiriləcək “Hakken” (İsveç) - “Qarabağ” (Azərbaycan) görüşünün əmsalları açıqlanıb. 

Apasport.az xəbər verir ki, bukmeker kontorları meydan sahiblərini matçın favoriti sayırlar. 

Bu gün “Ullevi” stadionunda baş tutacaq matçda Azərbaycan çempionunun qələbəsi 2,63, Skandinaviya təmsilçisinin qalibiyyəti 2,45 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,42 əmsal verilib.
 
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0