Nazir: “Azərbaycanda klubların sayının artması üçün çalışmalıyıq”
27.12.2023 - 11:56
Nazir: “Azərbaycanda klubların sayının artması üçün çalışmalıyıq”

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Voleybol Federasiyasının 2023-cü ildəki fəaliyyətinə həsr olunmuş mətbuat konfransında çıxış edib.

Apasport.az xəbər verir ki, nazir “Xarı Bülbül” komandasının maliyyə problemi məsələləri haqda açıqlama verib:

“Problemlərdən çox danışmaq olar. Nazirlik hansısa kluba birbaşa dəstək ola bilməz. Biz klublara sponsorların gəlməsi barədə düşünməliyik. Nazirlik bununla bağlı müəyyən işlər görür. Amma gələnlərin də marağı olmalıdır. Hər iş büdcədən asılıdır. Gəlirlərimlə xərclərim fərqlidirsə, borclar yaranacaq. Elə bir zamana çataq ki, klublara şərait yaradaq, inkişaf etsinlər. Hazırda vəziyyət istədiyimiz kimi deyil. Reallıqlar var. Azərbaycanda klubların sayının artması üçün çalışmalıyıq”.
 

writer photo
Əlirza Əlirzalı
0