Paris-2024: Türkiyə üçüncülük matçına çıxacaq
10.08.2024 - 19:23
Paris-2024: Türkiyə üçüncülük matçına çıxacaq

Bu gün Paris Yay Olimpiya Oyunlarında voleybol yarışlarının bürünc medalçısı bəlli olacaq.

Apasport.az xəbər verir ki, üçüncülük matçında Türkiyə və Braziliya milliləri üz-üzə gələcəklər. 

Dünən baş tutmuş görüşlərdə Türkiyə İtaliyaya 0:3, Braziliya ABŞ-yə 2:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, voleybol yarışlarının çempionu avqustun 11-də İtaliya - ABŞ matçından sonra məlum olacaq.

writer photo
Əlirza Əlirzalı
0