Qadın millimiz qələbə qazandı
31.05.2024 - 21:08
Bu gün qadınlar arasında Qızıl Avropa Liqasının III mərhələsinin oyunlarına start verilib.
Apasport.az xəbər verir ki, Azərbaycan millisi turnirdə 5-ci matçına çıxıb.
Faiq Qarayevin yetirmələri Estoniya ilə üz-üzə gəlib. Bakıda baş tutan qarşılaşmada millimiz asan qələbə qazanıb. Voldeybolçularımız hər 3 setdə rəqibdən güclü olublar.
Qeyd edək ki, millimiz keçirdiyi beşinci matçda 2-ci qələbəsini qazanıb.
0
0