Türkiyə millisi Paris 2024-ün 1/4 finalına vəsiqə qazanıb
01.08.2024 - 13:02
Türkiyə millisi Paris 2024-ün 1/4 finalına vəsiqə qazanıb

Fransada davam edən Paris-2024 Olimpiya Oyunlarında qadın voleybolçulardan ibarət Türkiyə millisi 1/4 finala vəsiqə qazanıb. 

Apasport.az xəbər verir ki, türklər C qrupunda ikinci oyununda Dominikan Respublikası ilə qarşılaşıb. Parisdəki "South Paris Arena"da keçirilən oyunda "Filenin sultanları" 3:1 (21:25, 25:18, 25:22, 25:15) hesabı ilə qalib gəlib. 

İlk matçda Hollandiyaya 3:2 hesabı ilə qalib gələn Türkiyə millisi qrupda İtaliyaya qarşı keçirəcəkləri son oyundan əvvəl 1/4 finala vəsiqəni təmin edib. 

 

writer photo
Əlirza Əlirzalı
0