UNEC üç setdə uduzdu
18.11.2023 - 20:39
UNEC üç setdə uduzdu

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyun keçirilib.

Apasport.az xəbər verir ki, “Milli Aviasiya Akademiyası” UNEC-lə qarşılaşıb.

I turdan təxirə salınana matçda nominal qonaqlar üstün olublar. “Milli Aviasiya Akademiyası” üç setdə asan qələbəyə sevinib.

Azərbaycan Yüksək Liqası
Qadınlar, I turdan təxirə salınan oyun
18 noyabr
UNEC – “Milli Aviasiya Akademiyası” - 0:3 (16:25, 14:25, 7:25)

Voleybol Mərkəzi
 

writer photo
Əlirza Əlirzalı
0