Azərbaycan Voleybol Federasiyası tərəfindən təşkil olunan voleybol statistləri üçün seminara start verilib.
Apasport.az xəbər verir ki, GİN-nin Voleybol Mərkəzində seminara 25-ə yaxın iştirakçı qatılıb.
Təlimlər qadın voleybolçulardan ibarət milli komandamızın statisti Ruslan Motorin və yığmanın köməkçi məşqçisi Emin Əbilov tərəfindən keçirilir. Seminarda müvafiq proqram üzrə statistika tərtib etməyin qaydaları öyrədiləcək, bu sahədəki yeniliklər haqqında məlumatlar veriləcək.
Son gün iştirakçılar imtahan verəcək, imtahandan keçən mütəxəssislərə AVF-nin voleybol statistləri üçün Level-1 sertifikatı təqdim olunacaq.
Qeyd edək ki, seminara iyunun 23-də yekun vurulacaq.