Qadın voleybolçular arasında Azərbaycan çempionatının növbəti oyunları bu gün - yanvarın 16-da keçiriləcək.
Apasport.az xəbər verir ki, ölkə çempionatında 9-cu turun qarşılaşmaları Bakı və Gəncə şəhərlərində baş tutacaq.
Ev oyunlarını Gəncə OİK-də keçirən “Gəncə” klubunun bu dəfəki qonağı “Abşeron” olacaq. Oyun saat 15:00-da başlayacaq.
Həmin gün Bakıda UNEC öz idman zalında “Murov Az Terminal” komandasını, “AZERRAIL” isə GİN-nin Voleybol Mərkəzində “Milli Aviasiya Akademiyası”nı qəbul edəcək. Hər iki görüş saat 18:00-da başlayacaq.
16 yanvar
Yüksək Liqa (qadınlar)
IX tur
15:00 “Gəncə” - “Abşeron” (GƏNCƏ OİK)
18:00 UNEC - “Murov Az Terminal” (UNEC VK-nın İdman zalı)
18:00 “AZERRAIL” - “Milli Aviasiya Akademiyası” (GİN-nin Voleybol Mərkəzi)