Voleybolçu qızlar üçün düşərgələr təşkil edilir
09.08.2024 - 12:43
Voleybolçu qızlar üçün düşərgələr təşkil edilir

Azərbaycan Voleybol Federasiyası 16 yaşadək voleybolçu qızlar üçün düşərgələr təşkil edir.

Apasport.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, ilk düşərgə avqustun 5-də Qusarda start götürüb və 10 gün davam edəcək. 

Düşərgəyə Şahin Çatma rəhbərlik edir. Onun köməkçisi isə Hamid Anvaridir. 

Burada fiziki və texniki məşqlərlə yanaşı, qızlara voleybolun incəlikləri öyrədilir, onların daha yaxşı forma toplaması üçün müxtəlif proqramlar həyata keçirilir. 

Düşərgələrə ümumilikdə 22 idmançı cəlb olunub. Sonda onlar arasında seçim aparılacaq və qızlardan ibarət U-16 komandası formalaşdırılacaq.

Qeyd edək ki, növbəti düşərgə 16-26 avqust tarixlərində Qaxda təşkil olunacaq.

writer photo
Əlirza Əlirzalı
0