7 min əmsallıq UDUŞ - FOTO
23.11.2022 - 00:00
Bukmeker kontorlarında növbəti böyük əmsallı uduş qeydə alınıb.
Apasport.az saytının məlumatına görə, bu dəfə futbol deyil, hokkey həvəskarının proqnozları dəqiq çıxıb.
Better Milli Hokkey Liqasının 7 oyununa mərc edib. O, bütün görüşlərdə nəticəyə proqnoz verib.
İki qarşılaşmada qalibi tapan, beşində isə əsas vaxtın heç-heçə bitəcəyini təxmin edən proqnozsevər 7106,06 toplayıb.
Cəmi 20 rublla (56 qəpik) risk edən better 142 min 121 rubl (3 min 979,39 manat) uduşa sevinib.
0
0