Voleybolçularımız Gürcüstana yollanıb
05.08.2024 - 23:23
Voleybolçularımız Gürcüstana yollanıb

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gürcüstana təlim-məşqə yollanıb.

Apasport.az xəbər verir ki, yığmamız Gürcüstanda Avropa çempionatının təsnifat mərhələsinə hazırlaşacaq.

Fərid Cəlalovun yetirmələrinin Tbilisidəki toplanışı avqustun 11-də yekunlaşacaq.

Qeyd edək ki, hazırlıq çərçivəsində komandamızın Gürcüstan yığması ilə bir neçə yoxlama matçı keçirməsi nəzərdə tutulub.

 

writer photo
Əlirza Əlirzalı
0