Voleybol üzrə avrokubokların 2023/24 mövsümünün püşkü atılıb.
Apasport.az saytının məlumatına görə, qitəmiqyaslı turnirlərdə mübarizə aparacaq Azərbaycan klublarının da rəqibləri bəlli olub.
Kişilərdən ibarət “Xarıbülbül” “Çağırış kuboku”nda mübarizə aparacaq. Şuşa təmsilçisi 1/32 finalda “Spartak” (Slovakiya) ilə qarşılaşacaq. Azərbaycan çempionatının gümüş mükafatçısı ilk oyunu evdə keçirəcək.
Qadın voleybolçulardan ibarət “Azərreyl” də “Çağırış kuboku”da qüvvəsini sınayacaq. Bakı klubu 1/32 finalda “Balta” (Ukrayna) ilə görüşəcək. Çempionumuz yarışa evdə başlayacaq.
Qeyd edək ki, 1/32 final mərhələsinin oyunlarına kişilər 24-26 oktyabr və 31 oktyabr – 2 noyabr, qadınlar 10-12 və 17-19 oktyabr tarixlərində çıxacaq.