10 ildən sonra gələn QƏLƏBƏ
31.03.2024 - 13:25
10 ildən sonra gələn QƏLƏBƏ

Almaniya Bundesliqasının 27-ci turunda gözlənilməz nəticə qeydə alınıb.

Apasport.az xəbər verir ki, “Bavariya” 10 ildən sonra doğma meydanda “Borussiya”ya məğlub olub.

Oyun Dortmund klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Borussiya” sonuncu dəfə səfərdə 2014-cü il aprelin 12-də “Bavariya”dan üstün olmuşdu.

Qeyd edək ki, 27 turdan sonra “Bavariya” 60 xalla 2-ci, “Borussiya” isə 53 xalla 4-cü pillədə qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0