100 milyonluq hücumçu
28.10.2023 - 16:25
100 milyonluq hücumçu

“Feyenord” futbolçusu Santyaqo Ximenes üçün tələb etdiyi məbləği müəyyənləşdirib.

Apasport.az xəbər verir ki, Niderland klubu hücumçusu üçün 100 milyon avro istəyir.

Ximenes Avropa nəhənglərinin hədəfində yer alıb. Onu, “Real”, “Arsenal”, “Çelsi” və “Tottenhem” kimi klublar öz heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Santyaqo cari mövsümdə 11 oyun keçirib. O, 15 qola imza atıb.
 

writer photo
Əlirza Əlirzalı
0