110 milyonluq kapitan
06.02.2023 - 21:33
“Vest Hem” futbolçusu Deklan Raysı satmağa razılıq verib.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu kapitanı üçün 110 milyon avro tələb edir.
24 yaşlı yarımmüdafiəçiyə bir neçə klubun müştəri düşüb. Bu da “Vest Hem”in qiyməti qaldırması ilə nəticələnə bilər. Londonun digər klubları “Arsenal”la “Çelsi” Raysın xidmətində maraqlıdır.
Qeyd edək ki, Deklan 2013-cü ildən “Vest Hem”də çıxış edir. O, cari mövsüm 27 oyunda 1 qol vurub.
0
0