Ançelotti “Real” tarixinin üçüncüsü oldu
09.10.2022 - 22:26
Ançelotti “Real” tarixinin üçüncüsü oldu

İspaniya La Liqasının VIII turu “Real”ın baş məşqçisi Karlo Ançelotti üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis komandasının 1:0 hesabı ilə qalib gəldiyi matçda İspaniya çempionatında 90-cı qələbəsini qazanıb.

Ançelotti Madrid klubunun sükanı arxasında bu rəqəmə çatan üçüncü çalışdırıcı olub. Hazırda o, yalnız Migel Munyos (257 qələbə) və Zinəddin Zidandan (124) geri qalır.

Ançelotti eyni zamanda “Real”a rəhbərlik edən bütün məşqçilər arasında ən yüksək qələbə faizinə malikdir – 73% (122 matçda 90 qələbə).

Qeyd edək ki, “Real” hazırda 22 xalla İspaniya çempionatına başçılıq edir. 

writer photo
Əlirza Əlirzalı
0