150 milyonluq transfer hazırlığı
08.11.2022 - 22:51
150 milyonluq transfer hazırlığı

“Mançester Yunayted” Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Cud Bellinqemi transfer etməkdə israrlıdır.

Apasport.az saytının məlumatına görə, hücumameyilli oyunçu “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haqın əsas hədəfidir.

Klub rəhbərliyi İngiltərə millisinin üzvünün keçidi müqabilində 150 milyon avro ayırmalı olacaq. Çünki almanlar 19 yaşlı futbolçunu ancaq bu məbləğə sata biləcəyini açıqlayıb.

Qeyd edək ki, bu mövsüm 20 oyunda 9 qol vuran Cud Bellinqemin “Borussiya” ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.

writer photo
Əlirza Əlirzalı
0