17,5 milyonluq bombardir
24.10.2023 - 14:58
17,5 milyonluq bombardir

Bundesliqanın bombardiri olan “Ştutqart”ın futbolçusu Serhou Guirassinin sərbəst qalma dəyəri açıqlanıb.

Apasport xəbər verir ki, bu rəqəm fransalı futbolçunun klubu ilə müqaviləsində əks olunub.

Onun sərbəstqalma dəyəri 17,5 milyon avrodur. 27 yaşlı hücumçu bu mövsüm Bundesliqada çıxdığı 8 oyunda 14 qol vurub.

Qeyd edək ki, forvardın sərbəstqalma maddəsi qış transfer dönəmində qüvvədə olacaq.
 

writer photo
Əlirza Əlirzalı
0