2022-ci ildə beynəlxalq oyunlarda ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, İFFHS-in cədvəlinə ilin arxada qalan 8 ayı ərzində milli komanda və qitə kuboklarında ən azı 7 dəfə fərqlənənlər daxil edilib.
Siyahıya Kərim Benzema başçılıq edir. 12 qol vuran hücumçu Fransa yığmasında 1, “Real”la klub turnirlərində 11 dəfə rəqib qapısına yol tapıb.
Seneqal millisi ilə “Liverpul”la “Bavariya”da oynamış Sadio Mane 10 qolla ikincidir. Üç oyunçunun aktivində 9 top var. Eldor Şomuratov (Özbəkistan, “Roma”), Rafael Veyqa (Braziliya, “Palmeyras”) və
Xuan İqnasio Dinenno (Meksika, “Pumas”) hərəyə 9 dəfə fərqlənib.
Qeyd edək ki, yalnız 17 futbolçu 7 və ya daha çox qola imza atıb.