2022-ci ilin ən yaxşı qapıçısı və məşqçisi adına namizədlər – SİYAHI
12.01.2023 - 21:12
2022-ci ilin ən yaxşı qapıçısı və məşqçisi adına namizədlər – SİYAHI

FIFA 2022-ci ilin ən yaxşı qapıçısı və ən yaxşı məşqçisi mükafatına namizədlərin siyahısını açıqlayıb.

Apasport.az xəbər verir ki, qısa siyahıya 5 qapıçı daxildir:

Alison Beker ("Liverpul", Braziliya), Yassin Bonu ("Sevilya", Mərakeş), Tibo Kurtua ("Real" Madrid, Belçika), Ederson ("Mançester Siti", Braziliya), Emilyano Martines ("Aston Vila", Argentina).

Məşqçi adına namizədlər isə bunlardır: Karlo Ançelotti ("Real" Madrid, İtaliya), Didye Deşamp (Fransa), Pep Qvardiola ("Mançester Siti", İspaniya), Valid Reqraqi (Mərakeş), Lionel Skaloni (Argentina).

Qeyd edək ki, səsvermə FIFA-nın rəsmi saytında keçirilir və fevralın 3-dək davam edəcək. Daha sonra FIFA 3 finalçının adını açıqlayacaq. Qalib fevralın 27-də "The Best" FIFA Football Awards mərasimində elan olunacaq.

writer photo
Əlirza Əlirzalı
0