2023-cü ildə “Qızıl top”a 3 əsas namizəd
22.10.2022 - 17:06
2023-cü ildə “Qızıl top”a 3 əsas namizəd

Rusiyanın əfsanəvi futbolçusu Andrey Arşavin 2023-cü ildə “Qızıl top”a namizədlərini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, “Zenit”in idman inkişafı üzrə baş direktor müavini vəzifəsində çalışan mütəxəssis 3 futbolçunu fərqləndirib.

Onun fikrincə, növbəti il həmin 3 nəfərdən biri “Qızıl top”a yiyələnəcək: “Düşünürəm ki, 2023-cü ildə “Qızıl top”a əsas namizədlər Kilian Mbappe, Neymar və Erlinq Haland olacaq. Mükafata bu üç oyunçudan biri sahib çıxacaq”.

Qeyd edək ki, 2022-ci ildə “Qızıl top”u “Real”ın fransalı hücumçusu Kərim Benzema qazanıb.

writer photo
Əlirza Əlirzalı
0