Varan millidən getdi
02.02.2023 - 16:13
Rafael Varan Fransa millisindəki karyerasını başa vurub.
Apasport.az saytının məlumatına görə, müdafiəçi bu addımı 30 yaşında atıb.
“Mançester Yunayted”in futbolçusu bu qərarı bir neçə həftə düşündükdən sonra verib. O, yığmadakı çıxışdan fiziki və psixoloji yorğunluq hiss etdiyi üçün belə addımı zəruri sayıb. DÇ-2022-nin finalında Argentinadan alınan məğlubiyyət də bu qərara təsir edib. Digər səbəb isə müdafiəçinin dizindəki zədədir.
Qeyd edək ki, 2013-cü ildən yığmada oynayan Varan 93 matç keçirib.
- Qadın boksçularımız ilin ilk hazırlığına start veriblər
- İbrahimoviç "Milan"ın ÇL-ə vida etməsi ilə bağlı: "Hakim qəddar idi"
- “Real” – “Ayntraxt”: Superkubok kimin olacaq?
- Canni İnfantino: "Rövnəq Abdullayev 16 il Azərbaycan futboluna uğurla xidmət edib"
- İsmail Kartal ilk matçında "Traktor"u məğlub etdi
0
0