24 yaşlı dünya rekordçusu öldü
12.02.2024 - 09:59
24 yaşlı dünya rekordçusu öldü

Kişilər arasında marafon üzrə dünya rekordunun sahibi, keniyalı atlet Kelvin Kiptum yol qəzasında dünyasını dəyişib.

Apasport.az xəbər verir ki, onun ölüm xəbərini ölkənin keçmiş baş naziri Raila Odinqa verib.

Kiptumun məşqçisi Gervais Hakizimana da eyni qəzada dünyasını dəyişib. 

24 yaşlı idmançı  ABŞ-ın Çikaqo şəhərində keçirilən marafonda 42 kilometr məsafəni 2:00:35-də qaçaraq bu sahədə rekord qırıb. Bundan əvvəlki rekord 2:01:09 ilə keniyalı Eliud Kipchogeyə məxsus idi. Kiptum 2023-cü ildə London marafonunun da qalibi olub.

writer photo
Əlirza Əlirzalı
0