İtaliyanın üç klubu avrokubokların finalına yüksəlib.
Apasport.az saytının məlumatına görə, “İnter”, “Roma” və “Fiorentina” kubok uğrunda mübarizə aparacaq.
Milan klubu Çempionlar Liqasında “Mançester Siti” ilə üz-üzə gələcək. Romalılar Avropa Liqasını qazanmaq üçün “Sevilya” ilə qarşılaşacaq. “Fiorentina” isə Konfrans Liqasının həlledici matçında “Vest Hem”lə görüşəcək.
İtaliya A seriyasının finalda üç klubla təmsil olunması son 25 ildə ilk dəfə qeydə alınıb. Sonuncu belə hadisə 1997/98 mövsümündə yaşanıb. Həmin vaxt Çempionlar Liqasında “Yuventus”, UEFA kubokunda “İnter”lə “Latsio” finala çıxıb.