30 milyona satdı
05.07.2022 - 23:13
30 milyona satdı

“Tottenhem”in hücumçusu Stiven Berqveyn yenidən Niderlanda qayıdıb.

Apasport.az saytının məlumatına görə, PSV-nin sabiq futbolçusu bu dəfə “Ayaks”da çıxış edəcək.

25 yaşlı forvardın transferində klublar ortaq məxrəcə gəlib. Bu keçid Premyer Liqa təmsilçisinə 30 milyon avro qazandıracaq. Niderland millisinin üzvü özü də amsterdamlılarla müqavilə şərtlərini razılaşdırıb. Berqveyn yetirməsi olduğu klubla 5 illik müqavilə bağlayacaq.

Qeyd edək ki, Stiven Berqveyn ötən mövsüm “Tottenhem”in heyətində 31 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə verib.
 

writer photo
Əlirza Əlirzalı
0