32 yaşlı futbolçu karyerasını bitirir
17.08.2024 - 18:21
32 yaşlı futbolçu karyerasını bitirir

Uzun illər "Mançester Yunayted " formasını geyinən Fil Cons futbolçu karyerasını bitirəcəyini açıqlayıb.

Apasport.az xəbər verir ki, 32 yaşlı müdafiəçi baş məşqçi olmaq arzusundadır. 

O artıq UEFA A lisenziyası da alıb. İngilitərə mətbuatına açıqlama verən futbolçu baş məşqçi kimi uğurlu olacağına inandığını bildirib.

Qeyd edək ki, 2011-2023-cü illər arasında "qırmızı şeytanlar"ın formasını geyinən Fil Cons ümumilikdə 6 kubok qazanıb. Karyerasında 288 oyuna çıxan Cons 6 qol vurub, 9 qol ötürməsi verib.

writer photo
Əlirza Əlirzalı
0