Mərc oyunlarında daha bir böyük əmsallı uduş qeydə alınıb.
Apasport.az saytının məlumatına görə, bukmeker kontorunun müştərisi 39000,73 əmsallı ekspress kuponunun qələbəsinə sevinib.
Rusiyalı proqnozsevər Almaniya, Rusiya, İslandiya və Norveç çempionatlarının matçlarına mərc edib. Riskli proqnozlar verən better ən aşağısı 3,90, ən yüksəyi 5,20 olan əmsallara üstünlük verib.
O, yeddi matçın beşində hər iki komandanın 1,5 Üst oynayacağını ehtimal edib və yanılmayıb. Digər iki qarşılaşmada isə 4,5 Üst-ə üstünlük verilib.
Better bu kupona cəmi 25 rubl yatırıb. O, yekunda 975 min 18 rubl (26 min 715,49 manat) uduşa sahib çıxıb.