İspaniya millisi ciddi itki ilə üzləşib
13.06.2024 - 15:54
İspaniya millisi ciddi itki ilə üzləşib

İspaniya millisinin mərkəz müdafiəçisi Aymerik Laport 2024-cü il Avropa çempionatının ilk oyununu buraxmaq riski ilə üzləşib.

Apasport.az xəbər verir ki, bu barədə "Marca" qəzeti məlumat yayıb. Futbolçu millinin son məşqini buraxıb.

Mənbənin sözlərinə görə, Laporte əzələsində narahatlıq hiss edib. O, hazırda bərpa kursu keçir.

Xatırladaq ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. İspaniya millisi qrup mərhələsinin ilk oyununda Xorvatiya ilə qarşılaşacaq. Qarşılaşma iyunun 15-də Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0