“Mançester Siti” 14 yaşlı futbolçu ilə maraqlanır
26.03.2024 - 09:51
Kavan Sullivan hazırda dünyanın ən yaxşı 14 yaşlı futbolçusu kimi qəbul edilir və artıq onu təkcə ABŞ-da deyil, bütün dünyada top klublar izləyir.
Apasport.az xəbər verir ki, Çempionlar Liqasının qalibi “Mançester Siti”nin gənc istedadla maraqlanır.
O, artıq öz klubunun - "Filadelfia Yuniyon"un əsas oyunçularından birinə çevrilib.
Məşhur jurnalist Fabrizio Romanonun məlumatına görə, “Mançester Siti” ilə müqavilə hazır vəziyyətdədir.
0
0