PSJ-dən Sakaya 120 milyonluq təklif
28.04.2023 - 17:49
PSJ-dən Sakaya 120 milyonluq təklif

İngiltərə millisinin üzvü PSJ-nin diqqət mərkəzindədir.

Apasport.az saytı xəbər verir ki, Paris təmsilçisi “Arsenal”ın 21 yaşlı yarımmüdafiəçisi Bukayo Sakanı transfer etmək istəyir.

Klub gənc futbolçunun keçidi üçün 120 milyon avro ödəməyə hazır olduğunu açıqlayıb. Hələlik qarşı tərəfin bu təklifə nə cavab verdiyi açıqlanmır.

Qeyd edək ki, “Arsenal”ın yetirməsi olan Saka 2019-cu ildən London klubunun əsas heyətinə cəlb olunub. O, bu mövsüm 43 matçda 14 qol vurub, 11 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0