50 milyonluq tələb
07.11.2022 - 15:17
50 milyonluq tələb

“Mançester Yunayted” PSV-nin futbolçusu Kodi Qakponu transfer etmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, Niderland klubu ulduz oyunçusuna qiymət qoyub.

Eyndhovenlilər Qakpo üçün 50 milyon avro tələb edir. Kodi digər Avropa klublarının da maraq dairəsindədir.

Qeyd edək ki, Qakpo mövsümün 13 matçında 9 qola imza atıb.
 

writer photo
Əlirza Əlirzalı
0