50 milyonluq transfer hazırlığı
16.08.2022 - 09:02
“Mançester Yunayted” “Atletiko”nun hücumçusu Mateus Kunyanı transfer etməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, klublar arasında danışıqlar son mərhələdədir.
Braziliyalının transferi İngiltərə klubuna 50 milyon avroya başa gələ bilər. “Atletiko” da həmçinin “qırmızı şeytanlar”ın portuqaliyalı forvardı Kriştiano Ronaldonun xidmətində maraqlıdır. Lakin bu keçidlər bir-biri ilə əlaqəli deyil.
Qeyd edək ki, “Atletiko”ya ötən il “Herta”dan keçən Mateus Kunya keçən mövsüm 26 oyunda 6 qol vurub, 4 məhsuldar ötürmə verib.
0
0