"Zirə" onu icarəyə göndərdi
14.02.2023 - 12:48
"Zirə" onu icarəyə göndərdi

"Zirə"nin futbolçusu İlkin Muradovun taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi “Səbail”də çıxış edəcək.

O, yeni klubuna icarə əsasında keçib. İlkin icarə müddəti mövsümün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, Muradov mövsümün arxada qalan hissəsində Premyer Liqada 13 matç keçirib.

writer photo
Əlirza Əlirzalı
0